HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

YUNESKO-nun Valensiyadakı mərkəzinin rəhbəri BDU-da olub

28/09/2016

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə gəlmiş Nobel mükafatçıları, görkəmli ictimai-siyasi xadimlər, universitet rektorları və digər rəsmi şəxslərin Bakı Dövlət Universitetində də görüşləri, mühazirələri təşkil olunur, əməkdaşlıq müqavilələri imzalanır. YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Gironeslə Bakı Dövlət Universitetində keçirilən görüş də bu silsilədəndir.

Rektor, akademik Abel Məhərrəmov Xose Manuel Gironesin universitetə gəlişini yüksək qiymətləndirib, görüşün əməkdaşlığın gələcək perspektivlərinə təsirsiz ötüşməyəcəyini bildirib.

Beynəlxalq Humanitar forumu haqqında, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsində Böyük İpək Yolunun əhəmiyyəti barədə danışan Xose Manuel Girones Valensiyada keçirilmiş YUNESKO-nun İkinci beynəlxalq görüşünün “İpək yolu” onlayn platformasının təşkilatçısı kimi görüdüyü işlərdən, son illər YUNESKO-da reallaşdırdığı layihələrdən bəhs edib, bu təşkilatın fəaliyyət istiqamətləri və mexanizmi ilə bağlı əsas məqamları xatırladıb. Qonaq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO - Azərbaycan əməkdaşlığının inkişafı istiqamətindəki uğurlu fəaliyyətindən də bəhs edib.

Daha sonra qonaq Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, müəllim və tələbələrlə görüşüb. İqtisadi eqoizmi, mədəni korluğu pisləyən professor Xose Manuel Gironesin bəşəri sülhdən, İspaniyanın qızıl dövründən, multikultural əlaqələrdən, həmçinin jurnalistikanın iqtisadi qüvvəsindən danışıb.

Qeyd edək ki, Xose Manuel Xirones Madrid Komplutens Universitetinin jurnalistika üzrə elmlər doktoru və Fernando Pessoa de Oporto Universitetinin fəxri doktorudur.


Bookmark and Share