HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

“İƏT Model-Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilib

23/05/2016

İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə artıq altıncı ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model-Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki  proqramın məzunları olan 200-ə yaxın tələbə  iştirak ediblər. Proqram müddətində Bakı Dövlət Universitetində diplomatik korpusun nümayəndələrinin və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin mühazirələri dinlənilib. Proqramın başa çatması münasibəti ilə bir sıra aparıcı İƏT dövlətlərinin Azərba ycanda  akkreditə olunan səfirlik nümayəndələri İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısının Simulyasiya Sessiyasında qalib olmuş azərbaycanlı tələbələri mükafatlandırıblar. Azərbaycanın 10-a yaxın ali məktəbindən olan 100-dən çox tələbənin iştirak etdiyi proqramın qaliblərinin mükafatlandırılmasında İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, beynəlxalq təşkilat rəhbərləri iştirak ediblər. Xüsusi bacarıq və istedadları ilə seçilən tələbələr “Uğur” və “Fəxri” diplomlarla, o cümlədən qiymətli hədiyyələrlə təltif ediliblər. Bu tələbələrdən beş nəfəri bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan Beynəlxalq “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə ediblər.

Xatırladaq ki, “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” İƏT-ə üzv olan 40-a yaxın müsəlman ölkəsində eyni vaxtda keçirilir, hər ölkədən seçilən qaliblər isə sonradan İƏT üzv ölkələrindən birində keçiriləcək “İƏT Model” Qlobal Sammitində iştirak etmək hüququ qazanırlar.

Bookmark and Share