HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İsveçrədə minarələr ucalmayacaq

29/11/2009

2009-cu ildə İsveçrədə keçirilən referendum səsləri nəticəsində belə qərar qəbul olunmuşdur ki, yeni minarələr tikilməyəcək. Sağ radikallar bunu böyük sevinclə qarşılamış və bu minarələrin dini deyil, siyasi xarakter daşıdığını vurğulamışlar. Bu hadisə yerli müsəlman əhalinin narazılığına səbəb olmuşdur. Hazırda İsveçrədə 400 min müsəlman yaşayır. “Bern” məscidində etiraz aksiyası keçirən müsəlman əhali “Bu mənim İsveçrəm deyil!” kimi şüarlar səsləndirmişlər.

Bookmark and Share