HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Əsrin müqaviləsi BDU-da qeyd olunub

19/09/2014

Bu gün Bakı Dövlət Universitetində "Əsrin müqaviləsi"nin 20 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq 1994-cü ilin sentyabrın 20-də dünyanın tanınmış şirkətləri ilə imzalanmış «Əsrin müqaviləsi» son 20 ildə ölkəmizin çağdaş tarixində əsl dönüş nöqtəsi olub. Bu müqavilənin imzalanmasından ötən illər ərzində ölkəmiz iqtisadi-siyasi sahədə daha da qüdrətlənib, dünyanın iqtisadi cəhətdən aparıcı dövlətlərindən birinə çevrilib, Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsi üçün təməl rolunu oynayıb. Rektor onu da bildirib ki, ümummilli liderin müəllifi olduğu yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman fədakar neftçi əməyinə xüsusi qiymət verib, neft sənayesi işçilərinə böyük diqqət yetirib və ötən müddətdə genişmiqyaslı islahatların aparılmasına, sənayenin şaxələndirilməsinə xüsusi təkan verib.

ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”ni Azərbaycanın yeni neft mərhələsi kimi xarakterizə edib və həmin müddətdən başlayaraq təməli qoyulan yeni layihələrdən danışıb.

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və akademik Ziyad Səmədzadənin də fikirlərini bölüşdüyü tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 19 sentyabr 2014-cü il.

Bookmark and Share