HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Əsrin faciəsi - Xocalı qətliamı...

24/02/2010

Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü....

Xocalı qətliamının  nəticəsi :

  • 613 nəfər ölduruldu - onlardan 63-ü uşaq, 106 qadın, 70-i qoca
  • 8 ailə tamamilə məhv edildi
  • 25 uşaq hər iki valideynini  itirdi
  • 130 uşaq valideynlərindən birini itirdi
  • 487 nəfər yaralandı- onlardan 76-ı uşaq
  • 1275 nəfər əsir götürüldü
  • 150 nəfər itkin düşdü
  • Dövlət və şəxsi mülkiyyətə 5 milyard rubl( 1992-ci il qiymətləri ilə) dəyərində ziyan vuruldu
Bookmark and Share