HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

“İsrailə şəriəti gətirəcəyik” – İsrailin Ədliyyə naziri

11/12/2009

İsrailin Ədliyyə naziri Yakov Nemanın şəriət hüququ ilə bağlı açıqlamaları ölkədə geniş əks-sədaya səbəb olub

Nazirin ölkədə yəhudi hüququ “Halaka”nın tətbiqinə nail olmaqla bağlı səsləndirdiyi fikirlərə müxalifət düşərgəsi kəskin etirazını bildirib. Qüdsdə hahamların təşkil etdiyi “Yəhudi hüququ” mövzulu konfransda çıxış edən Y.Neman müqəddəs kitabları Tövratın bütün problemlərin hərtərəfli həll yollarını təqdim etdiyini deyib.

“İsrail xalqına tədricən Tövrat qanunlarını bəxş edəcəyi. Ölkənin əsas qanunu “Halaka” olacaqdır”, - deyən Nemanın çıxışı aralarında ultrasağ Şas Partiyasının dini lideri haham Ovadia Yusifin də olduğu konfrans iştirakçıları tərəfindən alqışlanıb.

Ana müxalifətdə olan Kadima partiyasının lideri Tzipi Livni isə “Nemanın açıqlamaları demokratiyaya əhəmiyyət verən hər bir israillini təəssüfləndirməlidir”, - deyib. Müxalifətdə olan Meretz partiyasının lideri Haim Oron isə ölkədə“ narahatlıq doğuran bir talibanlaşma meylinin” müşahidə edildiyini bildirib.

/timeturk/

AzeriMuslims

 

Bookmark and Share