HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

“İslam əxlaqı və gender münasibətləri”

10/10/2016

Malaziyada Birinci Dünya Müsəlman Qadınlar zirvəsi və sərgisi keçirilib. Dünya İslam Forumu, Malaziya Beynəlxalq İslam Universiteti, Malaziya Xarici İşlər və Ailə Nazirlikləri, Malayziya İslami İnkişaf Şöbəsi və Türkiyə Mərkəzli Qadın QHT təşkilat komitəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə sülhün inşası və sosial fəaliyyətlərdə qadının və  onun fəaliyyətinin gücləndirilməsi barədə  fikirlər söylənilib. Zirvədə qadının bütün sektorlarda və sahələrdə fəaliyyətinin gücləndirilməsinə dair fikir və təkliflərin hərəkətə keçməsi vurğulanıb.

Zirvədə Bakı Dövlət Universitetini Psixologiya kafedrasının dosenti Kəmalə Qəhrəmanova təmsil edib. O, “İslam əxlaqı və gender münasibətləri” mövzusunda məruzə ilə çıxış edib.

Bookmark and Share