Səfir Erkan Özoral Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində olub
15/05/2017Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində olub. Dekan müavini Osman Aydınlı son illər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsindən danışıb. Türkiyənin bir neçə ali təhsil ocağı ilə uğurlu əməkdaşlıq əlaqələrindən, birgə tədqiqatların aparılması və dərsliklərin, jurnalların hazırlanmasından bəhs edib. Fakültəmizin müəllimlərinin Türkiyə universitetləri ilə yanaşı, dünyanın bir çox universitetlərində təşkil olunan beynəlxalq konfranslarda iştirakını diqqətə çatdırıb.
Səfir Erkan Özoral, öz növbəsində, fakültə ilə tanış olduğunu, yaradılan elmi mühitin, Türkiyə universitetləri ilə birgə layihələrin də hər iki ölkəyə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Səfir bu sahədə planlaşdırılan layihələrin reallaşdırılması istiqamətində istənilən dəstəyə hazır olduğunu vurğulayıb.
