HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Rektor İlahiyyat fakültəsinin tələbələri ilə görüşüb

23/05/2014

Rektor İlahiyyat fakültələrinin tələbələri ilə görüşüb 22/05/2014 BDU-nun rektoru, akademik Abel Məhərrəmov Şərqşünaslıq fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə tələbələrlə yanaşı, dekan və kafedra müdirləri də iştirak edib. Tələbələrin problemləri ilə maraqlanan, onların çoxsaylı suallarını cavablandıran rektor müəyyən tapşırıqlar verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara nəzarəti bilavasitə özü edəcəyini xatırladıb. Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib


Bookmark and Share