HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İran səfiri Bakı Dövlət Universitetində olub

06/09/2016

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün  Pakayin və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olublar. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov onları yenidən universitetdə görməkdən məmnun olduğunu bildirib. Bu ilin avqustunda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün əhəmiyyətindən danışan rektor, görüşün ölkələrarası münasibətlərin daha yüksək səviyyəyə qalxmasına yaxşı imkanlar yaradacağını qeyd edib.

Eyni zamanda İran universiteləri ilə əlaqələrdən bəhs edən rektor, BDU-da fars dili və ədəbiyyatının tədrisi, birgə elmi əməkdaşlıq, hər iki ölkə alimlərinin müəllifliyi ilə elmi jurnalın işıq üzü görməsi, İran filologiyası kafedrasında davamlı olaraq fars dili olimpiadası və bayramının keçirilməsi, kafedra müəllimlərinin İran universitetlərində təşkil olunan seminar və konfranslarda iştirakı kimi məsələləri yüksək qiymətləndirərək bütün bu işlərdə səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini xüsusilə qeyd edib. Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin BDU-nun 95 illik yubileyində iştirakını, əməkdaşlığa dair müqavilənin imzalandığını diqqətə çatdıran rektor, ötən il adıçəkilən universitetin 80 illik yubileyinə qatıldığını və bütün bu səfərlərin əməkdaşlığın inkişafina təsirsiz ötüşmədiyini bildirib.

Möhsün Pakayin, öz növbəsində, səfir kimi fəaliyyət göstərdiyi dörd il müddətində Bakı Dövlət Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirib, bütün bu işlərin təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə həmçinin Təbriz Universiteti rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin BDU-ya səfərinin nəzərdə tutulduğu diqqətə çatdırılıb, universitetdə fars dili və ədəbiyyatının yeni istiqamətdə tədrisi, kadr hazırlığı, nanotexnologiya sahəsində müəllim və tələbə mübadiləsi məsələləri də müzakirə edilib.


Bookmark and Share