HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Qurban bayramınız mübarək olsun.

24/11/2009

Qurban bayramı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin Əmək Məcəlləsinin 105-ci maddəsinə və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən noyabrın 27-si və 28-i tarixləri Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. Bu il həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram  günləri ilə üst-üstə düşməsi ilə əlaqədar noyabrın 30-u da qeyri-iş günü elan edilib.

Qurban bayramınız mübarək olsun!

Bookmark and Share