HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Qurani Kərim yarışması

14/12/2009

25.12.09 təqvimində fakültə daxilində Qurani Kərim qiraəti üzrə 3 nominasiyada müsabiqə keçiriləcəkdir. Müsabiqənin şərtləri:

1. Qurani Kərimi təcvidlə oxumağı bacarmalı

2. Müsabiqədə iştirak etmək üçün fakültə daxili Tələbə-Gənclər təşkilatında qeydiyyatdan keçmək lazımdır. Son qeydiyyat tarixi 24.12.09-dur.

Qeyd: Müsabiqədə həmçinin digər fakültələrdən də Quran oxumağı bacaranlar iştirak edə bilərlər. Sizdən tələb olunacaq yalnız Qurani Kərimin 30-cu cüzündəki son 20 ayədir.

İştirak etmək istəyənlər!  zarrintac@gmail.com elektron ünvanına öz adınızı, soyadınızı, fakültənizi və əlaqə nömrənizi qeydiyyatdan keçirməklə müsabiqəyə qoşula bilərsiniz.

Bookmark and Share