HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Qazaxıstanlı tələbələr İlahiyyat fakültəsində

19/12/2017

Qazaxıstanın L.Qumilyev adına Milli Avrasiya Universitetinin tələbələri Daken Xaizabek və Bakotay Kairbaev  BDU – nun İlahiyyat fakültəsində olublar. Tələbələr fakültənin dekanı , akademik Vasim Məmmədəliyevlə görüşərək “Sovet dönəmində Azərbaycanda İslamşünaslıq elminin inkişafı” dissertasiya işləri haqqında fikir mübadiləsi aparıblar. Onlar fakültənin kitabxanası ilə yaxından tanış olub, dissertasiya işlərinə aid ədəbiyyat nümunələri götürüblər. Daha sonra fakülətinin dekanı, akademik Vasim Məmmədəliyev, dekan müavini, dosent Nigar İsmayılzadə və İslam elmləri kafedrasının müdiri, dosent Mübariz Camalovla birlikdə seminar keçiriblər.

Bookmark and Share