HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Prorektor İradə Əliyeva Rusiya və Azərbaycan Universitetləri Assosiasiyasının II Forumunda iştirak edib

19/05/2017

Bakı Dövlət Universitetinin (BDU) Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva Rusiya və Azərbaycan Universitetləri Assosiasiyasının II Forumunda iştirak edib. 17-19 may tarixində Rusiya Federasiyasının Ufa şəhərində keçirilmiş tədbirdə professor İradə Əliyeva"Rusiya ali təhsil məktəbləri və elmi müəssisələri ilə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin elmi-təhsil layihələri" adlı məruzə ilə çıxış edib.

 

Bookmark and Share