HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Ən gözəl Quran-i Kərim Qiraəti

15/11/2011

15 Noyabr 2011-ci il tarixində Bakı Dövlət Universiteti İlahiyyat fakultəsində "Ən gözəl Quran-i Kərim Qiraəti" müsabiqəsi həyata keçirildi. İlk öncə fakultə dekanı akad.V.M.Məmmədəliyev çıxış edərək belə yarışmaların vacibliyini vurğuladı və bütün iştirakçılara uğurlar arzu etdi. Yarışmada fakultə tələbələri çox aktiv şəkildə iştirak etdilər. Tələbələr arasında seçim etmək üçün münsiflər heyəti yaradıldı və hər bir münsif ayrı-ayrılıqda iştirakçılara səs verdi. Sonda nəticələr hesablandı. Bütün iştirakçı tələbələr mükafatlandırıldı,  I yerin qalibi III kurs tələbəsi Nəsirov Tural  pul mükafatı ilə təltif edildi. Sonda yeni fəaliyyətə başlamış dekan müavini, prof. Ali Bulut çıxış edərək iştirakçı və dinləyicilərə öz minnəttarlığını bildirdi.

 

 

 

 

 

Bookmark and Share