İlahiyyat fakültəsi
HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Misirli alimlər İlahiyyat fakültəsinin tələbələri ilə görüş keçiriblər

22/12/2017

BDU – nun İlahiyyat fakültəsində Misir Mədəniyyət Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri tələbələrlə görüş keçiriblər. Görüşü fakültənin dekanı, akademik Vasim Məmmədəliyev açaraq, ərəb dilinin dünya dilləri arasında tutduğu yüksək mövqedən danışıb. Akademik, ərəb və Azərbaycan dili mütəxəssislərinin qarşlılıqlı elmi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb və bildirib ki, xüsusən tərcümə sahəsində geniş iş birliyinə ehtiyac var. Daha sonra Misirli professor Əbdül Rəhim Əl-Kurdi tələbələr qarşısında mühazirə söyləyib. Professor mühazirəsində ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O, bildirib ki,  ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra  onun öyrənilməsinə tələbat artıb. Daha sonra məşhur xəttat Mustafa Məhəmməd Amri tələbələrə xəttatlıq sənəti haqqında məlumat verib. Görüş tələbələrin sualları ilə yekunlaşıb.


Bookmark and Share