HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

“Mədəni müxtəliflik: dünya və Azərbaycan” mövzusunda beynəlxalq elmi-praktik konfrans

29/04/2016

Bakı Dövlət Universitetində “Mədəni müxtəliflik: dünya və Azərbaycan”  mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, bu konfrans Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı sərəncamın tədbirlər planına əsasən keçirilir. Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda qeyd etdiyi kimi, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Rektor konfransın işinə uğurlar arzulayaraq onun Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində mühüm əhəmiyyət kəsb edəcəyini xatırladıb.

Daha sonra BDU-nun kafedra müdirləri, professorlar - Bəxtiyar Əliyev  “Mədəni müxtəliflik-şəxsiyyətin inkişaf məkanı”, Rəbiyyət Aslanova “Qloballaşma, mədəni kimlik böhranı və multikultralizm, Ağalar Abbasbəyli “Yeni dünya nizamı şəraitində multikultralizm”, Türkiyənin Yıldız Texniki universitetinin  professoru  M.Özervarli “İkinci Mahmudun hakimiyyəti dövründə mədəni və dini tolerantlıq” mövzusunda   məruzələrlə çıxış ediblər.

Konfrans işini “Müasir dünyada milli identiklik problemləri”, “Mədəni müxtəliflik: yanaşmalar, təhlillər, perspektivlər”, “Multikulturalizm və dini müxtəliflik”,  “Tarixin müxtəlif mərhələlərində multikultural  proseslərin özünəməxəsusluğu”, “Multikultural proseslərin siyasi, hüquqi və iqtisadi çalarları”, “Milli-mədəni müxtəliflik fəlsəfə və sosiologiya baxımından”, “Vətəndaş cəmiyyətində multikultural inkişaf”, “Dil sistemləri multikultural  təzyiq altında” bölmələrində davam etdirib. Konfransa Azərbaycan, Türkiyə, Misir, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan ali məktəblərindən ümumilikdə 135 məruzə təqdim edilib.


Bookmark and Share