HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Bakı Dövlət Universitetində İlin ən yaxşı tələbəsi müsabiqəsi keçirilib

27/12/2011

Bakı Dövlət Universitetində "İlin ən yaxşı tələbəsi" müsabiqəsi keçirildi. Müsabiqə sorğu anketindən istifadə edilərək, tələbələr arasında səsvermə yolu ilə həyata keçirildi. Müsabiqədə bütün fakültə tələbələri iştirak etdilər və istədikləri namizədə səs verdilər. 2 turdan ibarət müsabiqədə İlahiyyat fakültəsindən 5 nəfər "İlin ən yaxşı tələbəsi" adına layiq görüldü. Qalib tələbələr "Fəxri ad" və başqa hədiyyələrlə qiymətləndirildi. Hədiyyələri Bakı Dövlət Universitetinin rektoru akad. Abel Məhərrəmov təqdim etdi. Sonra İlahiyyat fakültəsi dekanı akad. Vasim Məmmədəliyev fakültə tələbələrini təbrik etdi və gələcəkdə daha böyük ugurlar qazanmağı arzu etdi.

Bookmark and Share