HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsinin tələbəsi respublika birincisi oldu

27/12/2016

Bakıda Azərbaycan Qocyu-ryu Karate-Do və Kobudo növləri Fedrasiyası və Beynəlxalq Juko Kobute və Kempo-Ryu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən böyüklər, gənclər və yeniyetmələr arasında XIX açıq respublika çempionatı və birinciliyi keçirilib. Çempionatda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin IV kurs tələbəsi Elmin Ağayev da iştirak edib. Final mərhələsinə keçən idmançı rəqibinə qalib gələrək respublika birincisi olub. Elmin Ağayevi fakültəmizin müəllim heyəti və tələbələr adından təbrik edirik.

Bookmark and Share