HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsinin tələbəsi birinci yerə layiq görülüb

14/03/2018

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Sumaya Muradova Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda keçirilən fars dili və ədəbiyyatı olimpiadasında iştirak edib. Müsabiqə 6 mərhələ üzrə: qrammatika, dinləmə, ədəbiyyat, tərcümə, inşa və danışıq mərhələləri üzrə baş tutub. Sumaya Muradova danışıq mərhələsi üzrə birinci yerin qalibi olub.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İlahiyyat fakültəsinin tələbəsi S.Muradova ilə görüşüb. Ona daha böyük uğurlar arzu edərək, diplomla təltif edib.


Bookmark and Share