HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsinin tələbələri təlimdə

27/02/2017

Böyük Britaniya səfirliyi, British Council, ASAN Radio və Yarat Müasir İncəsənət Mərkəzinin birgə layihəsi olan Selector Pro radio təlimi keçirilib. Təlimdə Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin tələbələri də iştirak edib. Təlimdə, mediada ərəb dilindən necə istifadə etməli, düzgün nitq, düzgün danışıq tərzi,düzgün ünsiyyətin qurulması, ümumiyyətlə Böyük Britinaiya təcrübəsi üzərindən radio aparıcılığı və nitq məsələlərinə toxunulub. Daha sonra təlimçilər tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.


Bookmark and Share