İlahiyyat fakültəsinin Tədrisi Metodiki Şurası hesabat verib
10/10/2017İlahiyyat fakültəsində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib. İclasda fakültə Tədrisi Metodiki Şurasının sədri, professor Çimnaz Mirzəzadənin illik hesabatı dinlənilib. Professor Ç.Mirzəzadə 2016-2017-ci tədris ilində fakültənin elmi nailiyyətlərindən, tədris prosesinin gedişatından və Metodiki Şuranın fəaliyyətindən bəhsedib. Daha sonra çıxış edən İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, universitet üzrə Tədris Metodik Şurasının sədri, akademik Vasif Babazadə və başqaları fakültənin illik fəaliyyətini yüksək qiymətləndirib, mövcud problemlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıblar. İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.
