HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsinin müəllimləri respublika konfransında

28/12/2017

BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimləri i.f.d. Aqil Şirinov və dosent Elnurə Əzizova, AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə tərtib olunmuş “İslam həmrəyliyinin Azərbaycan modeli” adlı elmi konfransda iştirak ediblər. A.Şirinov “Çoxluqdan birliyə: İslam məktəbləri arasındakı fərqliliklərə necə yanaşmalı?”, E. Əzizova “İslamda fərqli düşüncəyə münasibət” adlı məruzə ilə çıxış ediblər.

Bookmark and Share