HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsinin müəllim heyətinin “Hədislərlə İslam” adlı tərcümə kitabı nəşr olunub

08/12/2016

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimlərinin “Hədislərlə İslam” adlı 7 cildlik tərcümə kitabı nəşr olunub.  Əsər yalnız həcminin genişliyi ilə səciyyəvi deyil. O, həmçinin  mövzuları baxımından da İslamın bir müsəlmanın həyatındakı təzahürlərinin mümkün olduğu qədər geniş sahələrini hz. Məhəmmədin hədisləri vasitəsilə izah etməyi hədəfləyib. Əsərin I cildində Giriş, Allah, aləm, insan və din; Bilik; İman; II cildində İbadət; III cildində Əxlaq; IV cildində İctimai həyat – I; V cildində İctimai həyat – II;  VI cildində Tarix və Mədəniyyət – I; VII cildində də həmçinin Tarix və mədəniyyət – II haqqında bəhs edilib.

Bookmark and Share