HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsində tələbələrlə görüş

24/11/2016

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində tələbə və müəllim heyətinin iştirakı ilə Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarıq ət-Tahiri və azərbaycanşünas alim Əhməd Sami Elady ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan ərəbşünas alim, fakültənin dekanı, akademik Vasim Məmmədəliyev ərəb dilində çıxış edərək qonağı salamlayıb. Daha sonra cənab Tariq Tahiri tələbələr qarşısında çıxış edərək Misirdə “Müasir ədəbi cərəyanlar" mövzusunda mühazirə oxuyub. Görüşdə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Mərkəzinin müdiri doktor Əhməd Sami ərəb dilinin öyrənilməsində mərkəzin rolunun əhəmiyyətini qeyd edib və tələbələrin suallarını cavablandırıb. Tədbir tələbələrin çıxışları ilə davam edib, dinşünaslıq, tərcümə ərəb və fars dilləri ixtisasları üzrə təhsil alan tələbələrin hazırladıqları qədim əndəlüs mahnısı və ərəb dilində tamaşa tədbir iştirakçılarına təqdim edilib.

Bookmark and Share