HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsində Ümummilliliderin xatirəsi anılıb

12/12/2017

Bakı Dövlət Universitetinin İlahiyyat  fakültəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Dekan, akademik Vasim Məmmədəliyev ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib.

Sonra BDU – nun professoru, İslamşünaslıq Elmi -Tədqiqat Mərkəzinin rəhbəri Əsədulla Qurbanov  ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Sonda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş etdirilib.


Bookmark and Share