HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib

19/05/2016

Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, fakültənin müəllim və tələbələri, eləcə də Komitə sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov iştirak ediblər.

Öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub. Daha sonra tədbir iştirakçılarını salamlayan BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən filmin önəmindən bəhs edib. O bildirib ki, radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Fitnə” filminin ərsəyə gəlməsinin səbəb və məqsədindən bəhs edib. Komitə sədri deyib ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.

Mübariz Qurbanlı İlahiyyat fakültəsinin fəaliyyətindən bəhs edib və fakültənin yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Komitə sədri gələcəkdə də dini radikalizmin fəsadlarından bəhs edən filmlərin çəkilişinin nəzərdə tutulduğunu və bu istiqamətdə Dövlət Komitəsinin İlahiyyat fakültəsinin tələbələrinin ideyalarını dəyərləndirməyə hazır olduğunu bildirib.

Mübariz Qurbanlı tarixən Azərbaycan cəmiyyətinə xas olan fərqli mədəniyyət, din, dillərə ehtiram kimi humanist münasibətin - multikulturalizm anlayışının dövlət tərəfindən inkişaf etdirilməsində həyata keçirilən çoxşaxəli tədbirlər barədə də tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi olduqca əhəmiyyətlidir.  Ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb, bu ənənələrin dərin tarixi köklərdən qaynaqlandığını bildirib. Komitə sədri həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyini söyləyib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Bookmark and Share