HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsində Elmi Şura keçirilib

25/09/2017

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın sədri, dekan akademik Vasim Məmmədəliyev  gündəlikdə olan məsələlər barədə məlumat verib. Bildirib ki, iclasin gündəliyinə açıq dərslərin keçirilməsi, “Azərbaycan” qəzetində dərc edilmiş elana əsasən İslam elmləri kafedrasının 0,5 ştat müəllimlərinin müsabiqəyə buraxılması və digər cari məsələlər daxildir. Professor–müəllim heyətinin iştirak etdiyi iclasda gündəlikdə olan məsələlərlə yanaşı yeni tədris ilində həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.

Bookmark and Share