İlahiyyat fakültəsi
HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsi tələbələrinin Sinaqoq səfəri

18/12/2017

BDU – nun İlahiyyat fakültəsinin II kurs dinşünaslıq ixtisaslı tələbələri Dinlər tarixi və Müqayisəli dinlər tarixi fənləri çərçivəsində İslam elmləri kafedrasının müəllimi dosent Elnurə Əzizovanın təşkilatçılığı ilə Avropa və Gürcüstan Yəhudilərinin sinaqoqunda həftəlik “Şabat” mərasimində iştirak ediblər. Sonra Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri ravvin Shneor Yəhudiliyin inanc əsasları və ibadətləri, Azərbaycanda Yəhudi icmaların vəziyyəti, dini tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqliliklərin birlikdə yaşama təcrübəsi mövzularında tələbələrin suallarını cavablandırıb.

Bookmark and Share