HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

İlahiyyat fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib

17/11/2016

İlahiyyat fakültəsi Elmi Şurasının növbəti iclası keçirilib. Fakültənin dekanı, akademik V.M.Məmmədəliyev giriş sözü ilə çıxış edib.  Sonra fakültə Tədris-Metodiki Şurasının sədri, professor Ç.H.Mirzəzadə çıxış edərək fakultənin elmi fəaliyyəti, yeni nəşrləri haqqında məlumat verib. Daha sonra Elmi Şuranın üzvlərinin hər biri çıxış edərək, fakultənin elmi fəaliyyəti haqqında rəy bildirib, fakültə TMŞ-nın fəaliyyətinin vacibliyini qeyd ediblər. Fakültənin dekanı akademik V.M.Məmmədəliyev və BDU-nun Tədris-Metodiki Şurasının nümayəndələri dosent V.Qasımov, professor C.Məmmədli və başqaları hesabatı yüksək qiymətləndiriblər. Sonra Elmi Şuranın gündəliyində olan cari məsələlər müzakirə olunub.


Bookmark and Share