HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Küveyt nümayəndə heyəti BDU-da

14/04/2010

Aprelin 13-də Küveyt Dövləti Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Qəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Küveyt-Azərbaycan münasibətlərindən, idman sahəsində qurulmuş əlaqələrdən danışıb və bunun təhsil sahəsinə də keçid almasına ümid etdiyini bildirib.
Akademik Vasim Məmmədəliyev isə universitet haqqında qonaqlara ətraflı məlumat verib, Şərqşünaslıq və İlahiyyat fakültələrinin tədris prosesindən danışıb. Küveyt Dövləti Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Qəzzaf da Azərbaycan-Küveyt münasibətlərindən məmnunluğunu ifadə edib və ölkəsinin rəmzi olan hədiyyəni rektora təqdim edib. Akademik Abel Məhərrəmov isə universitetin 90 illik yubileyi münasibətilə işıq üzü görmüş bukleti qonağa təqdim edib. Daha sonra qonaqlar universitetin idman həyatı ilə yaxından tanış olublar. Müasir üslubda və dizaynda tikilib tələbələrin istifadəsinə verilən üzgücülük hovuzu, tennis zalı, futbol meydançası, o cümlədən velosiped muzeyi qonaqlarda yüksək təəssürat yaradıb. Universitetin Heydər Əliyev muzeyi ilə tanışlıq da böyük maraq doğurub.
Görüş universitetin Şərqşünaslıq və İlahiyyat fakültələrinin tələbələrinin də iştirak etdiyi dəyirmi masa arxasında öz işini davam etdirib.
BDU-nun Mətbuat xidməti

Bookmark and Share