HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Kim? Harda? Nə vaxt?

10/12/2009

Bu gün İlahiyyat Fakültəsində Fakültə Həmkarlar İttifaqının təşəbbüsü ilə "Kim? Harda? Nə Vaxt?" komandalar oyununun I turu keçirilmişdir. Oyunda 24 sual səsləndirilmiş, iştirakçı 10 komandadan yalnız ikisi-"Fateh" və "Saturn" komandaları cavab bərabərliyi topladıqlarından komandalara əlavə 4 sual verilmişdir. Nəticə isə yenə də bu iki komandanın oyunun qalibi olması ilə bitmişdir.

"Kİm? Harda? Nə vaxt?"oyununun II turu fevral ayında nəzərdə tutulmuşdur.

Bookmark and Share