HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Foto Sərgi müsabiqəsi

08/12/2009

Dəyərli Dostlar!

"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara qayğı ictimai birliyinin təşkil etidyi Foto Sərgini keçirməkdə məqsəd:

1. Sosial öhdəliyimizi yerinə yetirmək

2. Əlillərin və Kimsəsizlərin istəklərini fotolarla ictimaiyyətə çatdırmaq

3. ... Əslində səbəblər önəmli deyil. Önəmli olan odur ki, siz özünüzü bu insanlarla hiss edirsinizmi? Ürəyiniz, ruhunuz onlarladımı? Onların problemlərini, sevinclərini, kədərlərini özünüzünkü hesab edirsinizmi?

O zaman bu müsabiqədə iştirak edin və Foto Sərginin adını özünüz seçin. Ən kreativ ad mətbuatda açıqlanacaq və mukafatlandırılacaq.

Foto Sərgi müsabiqəsi dekabrın 9-dan 13-ə qədər aktivdir.

Sərgi üçün seçdiyiniz adı, öz adınızı, əlaqə vasitələrinizi emaillə və ya smsm-lə bura göndərə bilərsiniz:

raschad@gmail.com

Rəşad Camal (055) 203 07 00

 

Bookmark and Share