HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Elan

09/03/2017

2017-ci il aprel ayının 25-də Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi ili – 2017: reallıqlar və perspektivlər”  mövzusunda respublika elmi-metodik konfransı keçiriləcəkdir.

Məruzələrin tezisləri (3 səhifədən çox olmayaraq) mart ayının 30-na qədər göstərilən tələblərə uyğun 1 nüsxədə disklə birlikdə BDU Şərqşünaslıq fakültəsinin dekanlığına (II tədris korpusu, 7-ci mərtəbə) təqdim edilməlidir (Şrift – Times New Roman; hərflərin ölçüsü – 14 pt; sətirlər arası məsafə – 1; səhifənin ölçüləri – yuxarı, aşağı və soldan 2,5 sm, sağdan 2 sm). Məruzələr aşağıdakı istiqamətlərlə bağlı olmalıdır:

– İslam sivilizasiyası: müasir dini baxışlar;

– İslam dünyası xalqlarının dilləri və ədəbiyyatı;

– Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri: yazılı

abidələrdə islamı dəyərlər;

– Azərbaycanda islam dəyərləri: tarix və müasirlik;

– Azərbaycan ədəbi-bədii düşüncəsində islamı dəyərlər;

– İslamda multikultural dəyərlər və tolerantlıq;

– İslam ölkələrində təhsil və şəxsiyyətin psixoloji portret cizgiləri;

– İslam ölkələrinin iqtisadi əməkdaşlığı;

– İslam dünyası qlobal geosiyasi faktor kimi;

– Qloballaşma şəraitində islam həmrəyliyi və hüquq sistemlərinin inteqrasiyası;

– İslam həmrəyliyi ideyaları Azərbaycan KİV sistemində.

Əlaqə telefonu: +994 12 539 11

E-mail: rustamovasudaba@rambler.ru

Bookmark and Share