HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-nun rektoru 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub

16/08/2017

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ili üçün BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu prosesi ilə tanış olub, sonra universitetin həyətində tələbə və valideynlərlə görüşərək təbriklərini çatdırıb. Bakı Dövlət Universiteti haqqında qısa məlumat verən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin tələbəsi və məzunu olduğu universitetə qəbul olmaq böyük şərəfdir.

Valideynləri maraqlandıran suallara cavab verən rektor, eyni zamanda yataqxana məsələsindən də danışıb. Son vaxtlaradək məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yararsız vəziyyətdə olduğunu deyən rektor, həmin binaların bir qisminin söküldüyünü və ərazidə təxminən 7 min tələbənin məskunlaşa biləcəyi böyük yataqxana kompleksinin inşa olunacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, universitetin bakalavriatura səviyyəsinə builki qəbul planı  65 ixtisas uzrə 5200 nəfərdir.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində tələbə adını qazanan abituriyentlərin sənədlərinin qeydiyyat prosesi avqust ayının 25-dək davam edəcək.

Bookmark and Share