HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-nun İlahiyyat fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir

28/11/2016

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamı ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, akademik Vasim Məmmədəliyev islamda multikultural ənənələrdən, Azərbaycan xalqının keçmişdən günümüzə qədər olan tarixindənki tolerantlıq nümunələrindən bəhs edib. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sərd müavini Gündüz İsmayılov çıxış edərək xalqımızın multikultural və tolerant dəyərləri haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Tədbir fakültənin müəllimləri Osman Aydınlı və Aqil Şirinovun çıxışları ilə davam edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




Bookmark and Share