HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

09/12/2016

Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyublar. Universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan rektor, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Vitse-spiker Bahar Muradova isə çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb.

Tədbir millət vəkili Fəttah Heydərov və BDU-nun kafedra müdiri Anar İsgəndərlinin çıxışları ilə yekunlaşıb.

 

Bookmark and Share