HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da tyutor hazırlığının 8-ci mərhələsində iştirakçılara sertifikatlar təqdim edilib

21/09/2016

Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir. Artıq 8 ildir ki Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 264 tyutor hazırlanıb.

Rektor deyib ki, BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş 8-ci tyutor hazırlığı kursları 1 noyabr 2015-ci il tarixindən 30 iyun 2016-cı il tarixinədək öz işini davam etdirib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 19 nəfəri A-sertifikatına (qırmızı), 4 nəfəri B-sertifikatına (göy) layiq görülüb.

Onu da qeyd edək ki, indiyədək kursu bitirən BDU namizədlərinin böyük əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər.

BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursu ilə bağlı təqdimatla çıxış edib.

Bookmark and Share