HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da tyutor hazırlığı kursunun IX buraxılışının yekun imtahanı keçirilib

07/07/2017

Bakı Dövlət Universitetində tyutor hazırlığı kursunun IX buraxılışının yekun imtahanı keçirilib. Elm və innovasiyalar üzrə prorektor, professor Aydin Kazimzadenin iştirak etdiyi imtahanda iştirak edən 11 nəfər tyutorluğa namizəddən iki nəfəri maksimum nəticə (100 bal) əldə ediblər. Artıq 9 ildir ki Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 300-ə yaxın tyutor hazırlanıb. İndiyədək kursu bitirən BDU namizədlərinin böyük əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər. Onu da qeyd edək ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir.

Bookmark and Share