HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da QİÇS-lə əlaqədar könüllü müayinələr aparılıb

20/11/2015

Bu gün Bakı Dövlət Universitetində Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən insanın immunçatışmazlığı virusuna (İİV) ekspress-test üsulu ilə  könüllü müayinələr aparılıb. Bununla yanaşı tədbir iştirakçılarına İİV-lə bağlı məsləhətlər, broşur, bukletlər paylanılıb. Tədbir "Avropa İİV-ə testləşmə həftəsi” (European HIV Testing Week) çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirilib. Könüllü müayinələr Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özər sektor müəssisələrində və digər obyektlərdə keçirilir, və profilaktik və maarifləndirmə məqsədi güdür.

Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatlarının iştirak edəcəyi bu ümumavropa müayinə və maarifləndirmə kampaniyası noyabrın 20-dən 27-nə qədər davam edəcək.

Bookmark and Share