HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da qış imtahan sessiyası başladı

05/01/2017

Bakı Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində qış imtahan sessiyası başlayıb. Qış imtahan sessiyası ilə əlaqədar rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə görə sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah, onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyi «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və nəticəsi barədə Təhsil Nazirliyinə məlumat verilməsini təmin etsin. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları yaradılıb.

İmtahan başlamazdan əvvəl dekan, koordinator və rəhbər koordinatorla görüşən rektor Abel Məhərrəmov onları imtahan prosesinə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb.

Qeyd edək ki, imtahanlar bir qayda olaraq yazılı formada həyata keçiriləcək, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və ya test üsulu ilə aparılacaq.

Bookmark and Share