HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

07/05/2018

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin Böyük akt zalında keçirilən tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ölkəmizdə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin, həmçinin universitetdə beynəlxalq və respublika səviyyəli konfransların təşkil edildiyini vurğulayıb. Rektor ulu öndərin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründəki misilsiz xidmətlərindən, müstəqil, demokratik-hüquqi dövlət quruculuğundan danışıb, onun fəaliyyətinin əsas qayəsini elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibətin təşkil etdiyini bildirib. Akademik Abel Məhərrəmov Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamını xatırladaraq onun hər zaman BDU-ya xüsusi diqqətlə yanaşdığını, qarşıya qoyduğu ali məqsədlərin universitet kollektivinin fəaliyyətinin əsasına çevrildiyini qeyd edib. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir”, - deyən rektor A.Məhərrəmov ümummilli liderin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığını söyləyib.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Bakı Dövlət Universitetinin professoru, millət vəkili Fəzail İbrahimli çıxış edərək dahi şəxsiyyətin keçdiyi mənalı həyat yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycana rəhbərliyi dövründə ölkəmizin hər bir sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir ümummilli lider Heydər Əliyev haqqında filmin nümayiş etdirilməsi ilə başa çatıb.

 

Bookmark and Share