HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da Milli Tempus günü oldu

18/12/2009

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru akademik A.A.Məhərrəmov Tempus proqramının əhəmiyyətindən bəhs edərək bu proqram çərçivəsində Avropa universitetləri ilə tələbə və müəllim mübadiləsindən bəhs etdi. AR Təhsil Nazirinin müavini E.Qasımov bu proqramın yaranma tarixini, məqsədlərini iştirakçıların nəzərinə çatdırdı. Daha sonra isə Cənab Jan Lui Lavrov bu proqramın insanlar və mədəniyyətlər arası əlaqələrin möhkəmləndirilməsinə, təhsilin hərəkətliliyinə şərait yaratdığını vurğulayaraq Tempusun ali təhsil sahəsində müasirləşməyə xidmət etdiyini dedi.

Konfransın gedişatında EACEA (Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyi) nın nümayəndəsi, Tempus Proqramı üzrə Məsul Şəxs Cənab Franz Steidele təqdimaltlarla Tempusu izah edərək iştirakçıların suallarına cavab vermişdir.

Proqram Milli Tempus ofisinin Azərbaycandakı nümayəndəsi Pərviz Bağırovun çıxışı ilə yekunlaşmışdır.

 

Bookmark and Share