HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU-da şahmat turniri keçirildi.

13/03/2010

Martın 12-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin  anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi oldu. Akademik Abel Məhərrəmov şahmat turnirinin əhəmiyyətindən danışdı və bununla bağlı daha bir neçə mötəbər tədbirin nəzərdə tutulduğunu bildirdi. Rektor həmçinin bu intellektual oyunda qalib gəlmək üçün məntiq, düşüncə və təfəkkürün güclü olmasının əhəmiyyətini vurğuladı. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent  Fikrət Şiriyevin çıxışından məlum oldu ki, 38 nəfər universitet əməkdaşı arasında keçirilən müsabiqə ulu öndərin ad günü ərəfəsində yekunlaşacaq.
Akademik Abel Məhərrəmov və Aynur Sofiyevanın simvolik olaraq başladıqları oyun heç-heçə ilə başa çatdı. Bundan sonra iştirakçılar gərgin yarışa başladılar…
İlahiyyat fakültəsinin müəllimi Mübariz Camalov rəqibi Ərəstun Qasımov olan oyunun nəticəsində növbəti tura vəsiqə aldı.
İkinci turun aprelin 3-də keçirilməsi nəzərdə tutulub.
Bütün iştirakçılara uğurlara.
Şahmat yarışından şəkillərə Təhsil və elm hissəsində foto albomdan baxa bilərsiniz.

Bookmark and Share