HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU tələbələri 2 tona yaxın kağız tullantısı yığdı

13/05/2016

İDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” aksiyası Bakı Dövlət Universitetində keçirilib.

Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək istəyən tələbələr kağız tullantısı gətirərək aksiyaya qoşulublar. SABAH qrupları da daxil olmaqla çoxsaylı BDU tələbəsinin iştirakı ilə keçirilən aksiyada 2 tona yaxın kağız tullantısı yığılıb.

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maariflənməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunması, təbiətin mühafizəsi və ekoloji balansın saxlanılmasına nail olmaqdır.


Bookmark and Share