HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU tədqiqatçılarının fakültələr üzrə çap edilmiş elmi əsərlərinin sayı açıqlanıb

23/11/2015

Ötən tədris ilində Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi tərəfindən 101 elmi məqalə çap etdirilib. Həmin məqalələrdən 94-ü respublikada, 7-si isə xarici ölkələrdə dərc olunub. Sosial elmlər və psixologiya fakültəsi tərəfindən 186-sı respublikada, 47-si isə xarici ölkələrdə olmaqla 233 elmi məqalə nəşr olunub. Fizika fakültəsinin əməkdaşları 147 elmi məqalə çap etdiriblər. Həmin məqalələrdən 91-i respublikada, 56-sı isə xarici ölkələrdə nəşr olunub. Hüquq fakültəsi tərəfindən 171 elmi məqalə çap etdirilib. Onlardan 137-si respublikada, 34-ü isə xarici ölkələrin elmi jurnallarında dərc olunub. Coğrafiya fakültəsi tərəfindən 85-i respublikada, 39-u isə xarici ölkələrdə olmaqla 124 elmi məqalə nəşr etdirilib. Filologiya fakültəsinin əməkdaşları tərəfindən 322 elmi məqalə çap etdirilib. Həmin məqalələrdən 287-si respublikada, 35-i isə xarici ölkələrdə nəşr olunub. Tarix fakültəsi tərəfindən 179 elmi məqalə işıq üzü görüb. Həmin məqalələrdən 145-i respublikada, 34-ü isə xarici ölkələrdə dərc olunub. Biologiya fakültəsi əməkdaşlarının 146 elmi məqaləsi çap etdirilib.  Dərc olunan məqalələrdən 109-u respublikada, 37-si isə xarici ölkələrdə nəşr olunub. Ötən il Bakı Dövlət Universitetinin kimya fakültəsi tərəfindən 106 elmi məqalə çap etdirilib ki, onlardan 69-u respublikada, 37-si isə xarici ölkələrdə çapdan çıxıb. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi tərəfindən 89 elmi məqalə çap etdirilib. Məqalələrdən 54-ü respublikada, 35-i isə xarici ölkələrdə işıq üzü görüb. Mexanika-riyaziyyat fakültəsi tərəfindən 133 elmi məqalə çap olunub. Həmin məqalələrdən 84-ü respublikada, 49-u isə xarici ölkələrdə nəşr olunub. Ekologiya və torpaqşünaslıq fakültəsi tərəfindən 60 elmi məqalə çap etdirilib. Məqalələrdən 36-sı respublikada, 24-ü isə xarici ölkələrdə elmi jurnallarda nəşr eedilib.

Bookmark and Share