HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU rektoru ikinci dəfə “ilin rektoru” seçildi

02/12/2016

Qafqazın ən böyük təhsil facebook səhifəsi olan 145 minlik "Azərbaycan Universitetləri"ndə “ilin rektoru” sosial tələbə sorğusu başa çatıb. Səsvermənin ilkin mərhələsində 54 rektordan 5 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tutub. Səhifənin rəhbəri Zöhrab Süleymanın verdiyi məluata görə, BDU rektoru 4900 səslə qalib olub. Finalçılar isə UNEC rektoru Ədalət Muradov, ADPU rektoru Cəfər Cəfərov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov olub. İndiyədək baş tutmuş digər yarışmada ADA Universitetinin rektoru Hafiz Paşayev, BANM rektoru Elmar Qasımov və ADAU rektoru İbrahim Cəfərov tələbələrin böyük dəstəyini qazanıblar.

Artıq beşinci dəfədir keçirilən sorğunun ilk qalibi də akademik Abel Məhərrəmov olub.

Bookmark and Share