HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU Azərbaycan Universitetləri üzrə 1-ci sırada qərarlaşaraq, URAP reytinqinə daxil olub

08/06/2015

Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitut (URAP) 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısını açıqlayıb. Bakı Dövlət Universiteti Azərbaycan universitetləri üzrə 1-ci sırada, dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşıb.

Beynəlxalq URAP reytinqi Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilərək, 2009-cu ildən təşkil olunur.

URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi  və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2015-ci il.

Bookmark and Share