HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU – nun İlahiyyat fakültəsinin tələbələri ekskursiyada

07/04/2017

İlahiyyat fakültəsinin IV kurs tələbələri Dinlər tarixi fənni çərçivəsində müəllim i.f.d. Elnurə Əzizovanın rəhbərliyi ilə Yəhudi və Xristian dinlərinə məxsus konfessiyaların məbədlərində olub. Proqram çərçivəsində tələbələr  Avropa və Gürcüstan Yəhudiləri sinaqoqunda Şabat mərasimində iştirak ediblər. Mərasimdən sonra din xadimi Rabai Şneor tələbələrin suallarını cavablandırıb. Daha sonra tələbələr  Müqəddəs Məryəm kilsəsində Evharistiya ayinində iştirak ediblər. Ayinin sonunda din xadimi Vladimir tələbələrin suallarını cavablandırıb. Hər iki məbəddə tələbələr Azərbaycanda dini tolerantlıq və müxtəlifliklərin birlikdə yaşaması mövzularında dini icmaların yanaşmasına dair diskussiya aparıblar.

Bookmark and Share