HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU – nun İlahiyyat fakültəsinin professoru Əsədulla Qurbanov “İslam həmrəyliyi ili” çərçivəsində keçirilən tədbirdə mühazirə oxuyub

25/04/2017

Aprelin 20-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 3 saylı filialının təşkilatçılığı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə fəlsəfə elmləri doktoru, BDU-nun professoru, İslamşünaslıq Elmi – Tədqiqat Mərkəzinin rəhbəri Əsədulla Qurbanov, Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutunun müəllimi, texniki-elmlər doktoru Rafiq Abdullayev, Xətai rayon MKS-nin əməkdaşları və oxucuları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva açıb. Daha sonra İslamşünaslıq Elmi – Tədqiqat Mərkəzinin rəhbəri Əsədulla Qurbanov mühazirə oxuyub. O, öz   çıxışında “İslam Həmrəyliyi ili” yalnız din sahəsini deyil, eyni zamanda, müsəlman ölkələrinin həm sosial-iqtisadi, həm siyasi, həm də mədəniyyət sahəsində bir-birinə dəstək olması, həmrəylik nümayiş etdirməsidir. Eyni zamanda onların arasında nifaq salmaq istəyənlərə tutarlı cavab olduğunu qeyd edib.
Tədbir zamanı “İslam Həmrəyliyi İli” haqqında film nümayiş olunub, sərgi və stendə baxış keçirilib.

Bookmark and Share